Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimində iştirak edib.
Ucnoqta.az xəbər verir ki, dövlət başçısına məktəbdə yaradılan şərait barədə məlumat verilib.
Bildirildi ki, 960 şagirdin təhsil alacağı yeni məktəb binasında hər cür inventarla təchiz olunmuş sinif otaqları, fənn kabinetləri fəaliyyət göstərəcək. Məktəbin həyətində geniş idman meydançası tikiləcək ki, bu da sağlam nəslin yetişməsi üçün vacib amillərdəndir. Bir sözlə, doğma torpaqlarına geri dönən cəbrayıllı şagirdlər ən müasir tələblərə cavab verən təhsil ocağında oxuyacaqlar. 145 yaşlı bu tam orta məktəblə yanaşı, Cəbrayıl şəhərində daha 3 məktəbin tikilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, məktəb 1876-cı ildə tikilib istifadəyə verilmişdi.
Prezident İlham Əliyev məktəbin təməlini qoyub.