Yaponiyanın yeni Baş naziri seçilib

11:45 - 4 Oktyabr 2021 - DÜNYA

Yaponiyanın yeni Baş naziri seçilib.

APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, parlament Baş nazir postuna hakim Liberal Demokrat Partiyasının (LDP) sədri Fumio Kişidanı seçib.

O, LDP-nin hakim çoxluğa sahib olduğu parlamentin aşağı palatasında 311 səs alaraq asanlıqla qələbə qazanıb. Yuxarı palata da Kişidanı bu posta təsdiqləyib.

Tezliklə onun yeni hökumət kabinetini elan edəcəyi gözlənilir.

Xəbər xətti