"Saakaşvili cəzasını tam çəkdikdən sonra istənilən ölkəyə gedə bilər" - Baş nazir

22:26 - 3 Oktyabr 2021 - DÜNYA

“Tam məsuliyyətlə demək istəyirəm ki, Mixeil Saakaşvili Gürcüstanda cəzasını tam olaraq çəkəcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının efirində deyib.
O vurğulayıb ki, eks-prezident 6 il müddətinə azadlıqdan məhrum edilib: “Əgər Ukraynaya qayıtmaq istəyirsə, cəzasını tam çəkdikdən sonra, əlbəttə istənilən ölkəyə dönə bilər”, - hökumət başçısı söyləyib.

Xəbər xətti