Avropada qazın qiyməti tarixi rekordunu yenilədi

18:00 - 1 Oktyabr 2021 - DÜNYA

Avropada qazın oktyabrın 1-nə olan qiyməti tarixi rekordu yeniləyib.

ICE birjasının məlumatlarına görə, 1000 kubmetr qazın qiyməti demək olar ki, 1 200 dollara çatıb.

TTF mərkəzində noyabr fyuçersləri oktyabrın 1-də ilk dəfə olaraq 1000 kubmetr qaz üçün 1199,44 dollar olub.

Bu həftənin əvvəlində Avropada qazın qiyməti tarixdə ilk dəfə olaraq 1000 kubmetr üçün 1000 dolları keçib, daha sonra isə qiymət 1100 dollarlıq baryeri də aşıb.///oxu.az

Xəbər xətti