Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 239 nəfər ölüb.
Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 356 661 nəfər test edilib, onların 28 892-nin koronavirus testi pozitiv nəticə verib, 30 336 nəfər sağalıb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 108 734 111 peyvənd tətbiq edilib ki, bunun da 86,45 faizi birinci mərhələ vaksinasiya olunanlardır.