Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov şəhid ailələri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabr ayının 27-i Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları ilə qəsəbə və kəndlərdə yeni inşa edilən şəhid abidə komplekslərində və digər kəndlərdə inşa ediləcək abidə komplekslərinin hazırlıq işlərilə tanış olub.
Şəhid ailələri ilə görüşən Neftçala RİH başçısı ailələrlə birlikdə şəhidlərin məzarlarını ziyarət ediblər, onların ruhlarına dualar oxunub və tər gül çiçəkləri düzülüb.