Həmsədrlər regiona səfər edəcəklər

14:38 - 28 Sentyabr 2021 - SİYASƏT

ATƏT-in Miskn qrupunun həmsədrləri Cənubi Qafqaz regionuna işçi səfərlərini bərpa edəcək.

Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib.
O, Nyu-Yorkda həmsədrlərin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşündə bu barədə razılıq əldə olunduğunu əlavə edib.

“Həmsədrlər Nyu-Yorkda Bakı və Yerevan ilə regiona işçi səfərlərin bərpası barədə razılıq əldə edib. Ötən il Qarabağla bağləı əldə olunmuş üçtərəfli razılaşmanın əsas nəticəsi stabillikdir”, -deyə nazir söyləyib.

Xəbər xətti