Göyçayda avtomobil yanıb

Göyçay rayonunda minik avtomobili yanıb.

Hadisə bu gün saat 16:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhərindən keçən hissəsində, Göyçay çayı üzərindəki körpüdə qeydə alınıb. Göyçay sakini Ağayev Fuad Pənah oğlu idarə etdiyi "VAZ 2106" markalı yük avtomobili ilə hərəkətdə olarkən qəflətən maşının mühərrik hissəsindəki elektrik naqilində qısa qapanma nəticəsində yanğın baş verib.

Alov qısa vaxtda avtomobilin hər tərəfini əhatə edib. Yanğın zamanı sürücü xəsarət almasa da avtomobil yanaraq yararsız hala düşüb. Hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın tamamilə söndürülüb.///apa

Tarix
25 Sentyabr 2021 [17:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-09-25 17:00:25
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin