Zərdabda arvadını boğaraq öldürən şəxsə HÖKM OXUNDU

Zərdabda arvadını boğaraq öldürməkdə təqsirləndirilən Məhərrəm Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ucnoqta.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində Rafael Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, M. Aslanov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il mart ayında rayonun Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1965-ci il təvəllüdlü Aslanov Məhərrəm Şükür oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Aslanova Rəhilə Şahvələd qızını boğaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, M. Aslanov saxlanılaraq istintaqa cəlb edilib.///apa

Tarix
25 Sentyabr 2021 [14:04]
Müəllif
Üç nöqtə
2021-09-25 14:04:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin