Azərbaycan ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.
ETSN-dən verilən məlumata görə, sentyabrın 25-i saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub, yağan güclü yağış nəticəsində Qəbələ Dəmiraparan çaydan və Qəbələ rayonu Tikanlı kəndi Tikanlı çayından sel keçir.
Əyriçay Başdaşağılda (Oğuz) 39.0 mm, Sarıbaşda (Qax) 46.0 mm, Gədəbəydə 27.0 mm (aylıq normanın 56%-i), Kişçayda (Şəki) 25.0 mm (aylıq normanın 37%-i), Balakəndə 24.0 mm, Göygöldə 23.0 mm (aylıq normanın 50%-i), Zaqatalada 23.0 mm, Şəkidə 20.0 mm, Astara, Daşkəsəndə 17.0 mm, Yardımlıda 16.0 mm, Qusar, Şəmkirdə 14.0 mm (aylıq normanın 72%-i), Qubada 13.0 mm, Qəbələdə 12.0 mm, Lənkəran, Tovuzda 11.0 mm, Gəncədə 10.0 mm (aylıq normanın 59%-i), Xaltan, Oğuzda 7.0 mm, Şabranda 6.0 mm, Biləsuvarda 5.0 mm, Lerik, Balakən, Naftalan, Ceyrançöl, Mingəçevirdə 5.0 mm, Yevlaxda 4.0 mm, Ağstafada 3.0 mm, Cəfərxan, Bərdədə 2.0 mm, Tərtər, Göyçay, Kürdəmir, Sabirabad, Salyan, Hacıqabul, Nabran, Qobustan, Xaçmaz, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.
Gəncə stansiyasının məlumatına əsasən sentyabrın 24-dən 25-nə keçən gecə Kəpəz dağına qar yağmışdır.
Şimal-qərb küləyi arabir Naftalanda 28 m/s, Ağdamda 24 m/s, Tərtərdə 23 m/s, Bərdədə 22 m/s, Tovuz, Neftçala, Gəncədə 20 m/s, Ceyrançöldə 18 m/s, Mingəçevir, Yevlax, Kəlvəzdə 16 m/s, Şərur, Şirvanda 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 23 m/s, Sumqayıtda 21 m/s, Qum adasında 20 m/s, Maştağa, Neft Daşları, Pirallahı, Binədə 15 m/s-dək güclənib, Net Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 26-sı gündüzədək davam edəcək. 26-sı gündüz yağıntıların tədricən kəsiləcəyi, 27-si əsasən yağmursuz keçəcəyi gözlənilir.