Sentyabrın 23-də Elbrus dağında əlverişsiz hava şəraiti səbəbindən həyatını itirən alpinistlərin sayı 5-ə çatıb.
Bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin Kabardin-Balkariya Baş İdarəsinin rəisi Mixail Nadejin məlumat verib.
Axtarış-xilasetmə işləri zamanı sağ qalan 14 nəfərin hamısı xəstəxanaya çatdırılıb. Onlardan 11 nəfəri Nalçik şəhərindəki xəstəxanaya yerləşdirilib. Üç nəfər isə ilkin tibbi yardımdan sonra sərbəst buraxılıb.///Apa