İranda ötən sutka 317 nəfər koronavirusdan ölüb

15:10 - 23 Sentyabr 2021 - DÜNYA

İranda ötən sutka ərzində 317 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 118 508 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində daha 16 362 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 5 493 591 nəfərə çatıb.

 

Xəbər xətti