Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-dən verilən məlumata görə, hərracda tələb 58 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (21 sentyabr 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 11,1% artıb.