Nazirlik ağacların kəsilməsi ilə bağlı Baş Prokurorluğa müraciət etdi

Nəsimi rayonu, Ceyhun Səlimov 17 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov araşdırma zamanı sözügedən ərazidə ağacların kəsildiyini və təqsirkarların tapılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunduğunu bildirib.

B.Məhəmmədov onu da qeyd edib ki, ağacların kəsilməsi zamanı təbiətə 14 100 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: 

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

Tarix
22 Sentyabr 2021 [10:47]
Müəllif
Üç nöqtə
2021-09-22 10:47:33
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin