Rusiyanın hərbi vertolyotu Xocalı aeroportunda ... - VİDEO

Azərbaycanın Qarabağ bölgəsində mandatsız və müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları növbəti dəfə təxribatçı hərəkətə yol veriblər. Onların budəfəki təxribatı məsuliyyət bölgəsindəki şərti zərərçəkmişləri evakuasiya etmək üçün təlim olub.

Təlim zamanı şərti evakuasiya üçün Mi-8 AMYŞ "Terminator" vertolyotundan istifadə edilib. İstifadə yeri Xocalı hava limanıdır. Bu tip vertolyotlar nəqliyyat-hücum vertolyotları sayılır.   
Qeyd edək ki, Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı razılaşmada 1960 nəfər hərbçi, 90 ədəd zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnika qeyd olunub. Bəyanatında yer alan avadanlıq siyahısında hərbi nəqliyyat və hücum vertolyotları göstərilməyib.

Azərbaycan Xarici İşlər və Müdafiə nazirlikləri şərhsiz addıma mütləq şərh verməlidirlər.


​///demokrat.az

Tarix
21 Sentyabr 2021 [15:03]
Müəllif
Üç nöqtə
2021-09-21 15:03:35
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin