PSJ-nin baş məşqçisi Mauritsio Poçettinonun Fransa Liqa1-nin VI turunda “Lion”la matçın 76-cı dəqiqəsində Lionel Messini əvəzləməsinin səbəbi bəlli olub.
Ucnoqta.az xəbər verir ki, argentinalı mütəxəssis bu addımı Leonu növbəti oyunlara qorumaq üçün etdiyini deyib: “Messini mümkün zədədən qorumaq üçün əvəz etmək qərarına gəldik. Qarşıda vacib oyunlar var və biz onu qorumalıyıq”.
Qeyd edək ki, qarşılaşma PSJ-nin 2:1 hesabl qələbəsi ilə bitib. Messi əvəzlənərkən baş məşqçinin əlini sıxmaqdan imtina edib.///fanat.az