AFFA qondarma qurumun futbol klubu ilə bağlı UEFA və FİFA-ya müraciət edib? - VİDEO

Gorus-Qafan yolundakı postda Azərbaycan polisin qondarma Dağlıq Qarabağın bayrağının sildiyi avtobus separatçı rejimin futbol klubuna məxsus olub.

İdman jurnalisti Anar Xanlarov deyir ki, həmin avtobus ermənilərin bir neçə il bundan qabaq Xankəndində yaratdığı ''Lernayin Artsakh'' komandasına aiddir.
Jurnalistin sözlərinə görə, ''Lernayin Artsakh'' komandası Ermənistan çempionatının birinci divizyonunda iştirak edir.

Futbol mütəxəssisi Şahin Diniyev isə deyir ki, həmin komandanın iştirak etdiyi turnirlər heç bir beynəlxalq idman təşkilatları və ictimaiyəti tərəfindən tanınmır və qəbul edilmir.
Bəs sözügedən futbol klubunun Azərbaycan ərazisində yaradılması və hansısa çempionatın keçirilməsi ilə bağlı Azərbaycan Futbol Fedarasiyası UEFA və FİFA-ya rəsmi müraciət edib? Yaxud Ermənstan Futbol Fedarasiyasının cəzalandırılmasını tələb edibmi?

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhəbəri Firuz Abdulla deyir ki, qondarma rejmin futbol klubları ilə bağlı məsələ vaxtaşırı gündəmə gəlib və təmsil etdiyi qurum tərəfindən münasibət bildirilib.

Xatırladaq ki, 1978-88-ci illərdə həmin futbol klubu Azərbaycanda "Qarabağ-Stepanakert" adı ilə sovet ikinci liqasında iştrak edib. İşğaldan sonra isə mənfur düşmən komandanın adını dəyişərək, müxtəlif illərdə "Artsax-Stepanakert", "Qarabağ-İrəvan" son illərdə isə "Lernayin Artsakh" adı qoyub.

Ümid edilir ki, beynəlxalq futbol təşkilatları bu məsələyə münasibət bildirəcək və Ermənistan Futbol Fedarasiyasına sanskiyalar tətbiq edəcək.


///xezerxeber

Tarix
19 Sentyabr 2021 [23:39]
Müəllif
Üç nöqtə
2021-09-19 23:39:22
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin