Gəncədə 34 yaşlı qadın özünü binanın üçüncü mərtəbəsindən atdı

23:15 - 19 Sentyabr 2021 - HADİSƏ

Gəncə şəhərində qadın yaşayış binasının 3-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, hadisə 4-cü mikrorayon bina 21 ünvanında baş verib. Göygöl rayon sakini, 1987-ci il təvəllüdlü Firəngiz Həsənova binanın 3-cü mərtəbəsindən yıxılıb.

O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Qadının pəncərənin şüşəsini silmək istədiyi zaman ehtiyatsızlıqdan yıxıldığı bildirilsə də, faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.///publika.az

Xəbər xətti