Vilayət Eyvazov Rübail Valehova yeni vəzifə verdi

12:03 - 19 Sentyabr 2021 - Xəbər

Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə yeni təyinat olub. "Report"un Qərb Mərkəzinin məlumatına görə, bu vəzifəyə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik leytenantı Rübail Valehov təyin edilib. Qeyd edək ki, R.Valehov bundan öncə Kəlbəcər rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzisində çalışıb.

Xəbər xətti