Dünyanın ən varlı ailələrinin reytinqi açıqlanıb

18:25 - 18 Sentyabr 2021 - MARAQLI

Dünyanın 25 ən varlı ailəsinin məcmu varidatı 1,7 trilyon ABŞ dolları təşkil edir ki, bu da keçən ilə nisbətən 22 faiz çoxdur.

Ucnoqta.az xəbər verir ki, “Bloomberg”in hazırladığı reytinqdə dünyanın ən böyük topdansatış və pərakəndə alış-veriş şəbəkəsi “Wallmart”ın sahibi, 238,2 milyard dollarlıq varidata malik Uoltonlar ailəsi başçılıq edir.

1962-ci ildə Sam Uolton tərəfindən əsası qoyulmuş “Wallmart” bu gün dünya üzrə 10 mindən çox dükandan ibarətdir, illik gəliri isə 559 milyard dollardır. Uoltonlar şirkətdə 48 faizlik pay sahibidir.

Reytinqin yuxarı 10-luğunda ardıcıllıqla ərzaq məhsulları istehsal edən “Mars” şirkətinin sahibi Marslar ailəsi (142 milyard dollar), ABŞ-ın “Koch İndustries” neft-kimya şirkətinin sahibi Koxlar ailəsi (124,4 milyard dollar), Fransanın “Hermes” dəb mərkəzinin sahibi Hermelər ailəsi (111,6 milyard dollar), Səudiyyə Ərəbistanının Əl Səud kral ailəsi (100 milyard dollar), Hindistanın “Reliance İndustries” holdinqinin sahibi Ambanilər ailəsi (93,7 milyard dollar), Fransanın “Chanel” dəb mərkəzinin sahibi Vertheimerlər ailəsi (61,8 milyard dollar), ABŞ-ın “Fidelity İnvestment” şirkətinin sahibi Consonlar ailəsi (61,2 milyard dollar), “Thomson Reuters” media şirkətinin sahibi Tomsonlar ailəsi (61,1 milyard dollar), Almaniyanın “Boehringer İngelheim” əczaçılıq şirkətinin sahibi Böringerlər ailəsi (59,2 milyard dollar) qərarlaşıb.///report

Xəbər xətti