İranda ötən sutkada 355 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 355 nəfər koronavirusdan (COVID-19) ölüb, 12 847 nəfər yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 116 791 nəfərə, yoluxanların sayı isə 5 408 860 nəfərə çatıb. Virus daşıyıcılarından 6 836 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 4 736 896 nəfər koronavirusdan sağalıb, 30,8 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 42 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 28,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 13,6 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 57 rayon qırmızı, 238 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 136 rayon sarı zona hesab olunur.

Tarix
18 Sentyabr 2021 [16:01]
Müəllif
Üç nöqtə
2021-09-18 16:01:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin