"Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir" - Hulusi Akar

15:39 - 18 Sentyabr 2021 - DÜNYA

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır".

Ucnoqta.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətləri fasiləsiz olaraq davam edir: "Məqsədimiz dost və qardaş ölkələrin sülh, təhlükəsizlik və sabitlik içərisində yaşamasına töhfə verməkdir. Azərbaycanlıların və liviyalıların haqq işində yanında olmağa davam edəcəyik".

Xəbər xətti