İran səfiri Baş nazirin müavini ilə görüşüb - Gorus-Qafan yolundakı ...

14:20 - 18 Sentyabr 2021 - Xəbər

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə Gorus-Qafan yolundakı vəziyyət haqqında müzakirə aparıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə bölgədəki hazırkı proseslər, Azərbaycan və Ermənistan arasında sərhəd ərazilərdəki vəziyyət, Gorus-Qafan yolunda nəqliyyat vasitələrinin hərəkəti və digər məsələlər müzakirə olunub.

Xatırladaq ki, Gorus-Qafan yolu Ermənistanı İranla birləşdirir. Bu yolun bir hissəsi Qubadlı rayonunun Eyvazlı kəndinin ərazisindən keçir.

Xəbər xətti