Köçəryan Moskvaya buraxılmadı

21:10 - 17 Sentyabr 2021 - DÜNYA

Ermənistan məhkəməsi Vahid Rusiya Partiyası tərəfindən Moskvaya dəvət olunan sabiq prezident Robert Köçəryanın ölkədən çıxmasına icazə verməyib.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, birinci instansiya məhkəməsi Köçəryanın ölkədən çıxışına razılıq verməyib.

Qeyd edək ki, Köçəryanın Ermənistandan çıxışına qadağa qoyulub.

Xəbər xətti