"Payızda ola biləcək böyük dalğalara hazır olmalıyıq" – Rəşad Mahmudov - VİDEO

20:12 - 17 Sentyabr 2021 - Cəmiyyət

"İstənilən dalğanın başlanğıcı olduğu kimi sonu da olur. Sonuncu dalğa təxminən 6-7 həftədir başlayıb və ay yarımdan sonra dalğalar pik həddə çatıb, sonra sönməyə doğru gedir. Bu təkcə Azərbaycan üçün deyil, bütün dünyada belədir”.

Ucnoqta.az xəbər verir ki, bu sözləri millət vəkili, kardiocərrah Rəşad Mahmudov Baku tv-də "Üzbəüz” verilişində bildirib.
O, qarşıda bizi nələrin gözləyəcəyini deyib.

"Avqust aylarında başlayan yüksəlmədə keçən ilin yayı ilə müqayisə etdikdə, əfsuslar olsun ki, rəqəmlərin 10 dəfə çox olması, bizə gələcək gedişat barədə də açıq-aydın məlumat verir. Yay ayı Azərbaycanda 4000-ü keçən rəqəmlər bizim üçün olduqca yüksəkdir.

İndi 1700-ə düşməsi dalğanın enməsini göstərir. Əmin olun ki, bu rəqəmlər günlər keçdikcə daha da düşəcək. Ölüm sayları bir az gec azalır, çünki 2 həftə əvvəl reanimasiyaya düşən xəstələrin arasında itkilər ola bilər.
Adətən, 3-4 aydan bir yeni dalğa olur və bunun yenidən baş vermə ehtimalı var. Bu hadisələrə səhiyyə və dövlət qurumları kimi, cəmiyyət də, insanlar da hazırlıqlı olmalıdır.
İnsanlar bilməlidir ki, əgər yayda belə bir rəqəmlərlə yoluxma gördüksə, payızda mövsümi olaraq, keçən ildəkinə baxdıqda, 3-4 qat daha artıq rəqəmlərlə qarşılaşa bilərik. Payızda ola biləcək böyük dalğalara hazır olmalıyıq”

Xəbər xətti