Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi - FOTO

12:03 - 17 Sentyabr 2021 - Cəmiyyət

Azərbaycanlı kriminal avtoritet ailə həyatı qurub.

Ucnoqta.az modern.az-a istinadla xəbər verir ki, uzun illər Rusiyada həbsdə olan kriminal avtoritet, cinayət aləmində "Bərdəli Ruslan" kimi tanınan Ruslan Nəzərli müğənni xanımla evlənib.

Onun həyat yoldaşı "Kristal" qrupunun keçmiş solisti, gənc müğənni Həmidə Hüseynovadır.

Qeyd edək ki, "Bərdəli Ruslan" 2012-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin rəisi polkovnik-leytenant Sergey Tarasovu döydüyünə görə həbs olunmuşdu.

Kaluqa şəhər məhkəməsinin hökmü ilə Ruslan Nəzərli dövlət məmuruna qarşı zorakılıq, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri yaratmaq, quldurluq maddəsinin bir neçə bəndi ilə təqsirli bilinərək 10 il 5 ay müddətində azadlıqdan məhrum edilmişdi.

Ruslanın qardaşı Dadaş Nəzərli də kriminal aləmin tanınmış simalarındadır.

Ruslan və Dadaş qardaşları azərbaycanlı kriminal aləm nümayəndələri tərəfindən qəbul edilən avtoritetlərdir. Onlar mərhum "qanuni oğru" Rövşən Lənkəranskiyə yaxınlığı ilə seçilib.
 


Xəbər xətti