Avropada qazın qiymətində kəskin bahalaşmadan sonra bir qədər azalma müşahidə olunub.
Ticarət sessiyasından sonra oktyabr qaz fyuçersləri min kubmetr üçün 796,1 ABŞ dollarına düşüb. Bu, ötən günlə müqayisədə 0.8 % azdır.
Sessiyanın əvvəlində qazın min kubmetri 835,2 ABŞ dolları idisə, sonradan bu rəqəm 963,9 ABŞ dollarına çatıb.
Qeyd edək ki, Avropada qazın qiyməti bu ilin aprel ayından başlayaraq artıb.
Qiymətlərə qaz anbarlarından tam istifadə edilməməsi və bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalının azalması təsir edir.///report