Bayden Avstraliya baş nazirinin adını unutdu- VİDEO

09:11 - 16 Sentyabr 2021 - DÜNYA

ABŞ Prezidenti Co Bayden yenidən yüksək vəzifəli şəxsin adını unudub.

APA “The Australian”a istinadən xəbər verir ki, hadisə Britaniyanın Baş naziri Boris Consonun da iştirak etdiyi AUUKUS alyansının (ABŞ, Böyük Britaniya və Avstraliyanın hərbi sahədə tərəfdaşlığı) yaradılmasının rəsmən elan edilməsinə həsr olunmuş tədbirdə baş verib.

Nəşrin məlumatına görə, ABŞ lideri görüş zamanı Avstraliyanın baş naziri Skott Morrisonun adını unudub.

Bayden “təşəkkür edirəm, Boris. Və buradakı şəxsə də təşəkkür etmək istəyirəm. Çox sağol dostum”, deyərək Morrisonun onlayn görüşə qoşulduğu manitora tərəf baxaraq fikrini tamamlayıb.

Qeyd edək ki, görüşün nəticəsi olaraq ABŞ, Britaniya və Avstraliya liderləri tərəfindən Hind-Sakit okean bölgəsinə yönəlmiş yeni bir müdafiə və təhlükəsizlik ortaqlığı qurulub.

Xatırladaq ki, Bayden daha əvvəl Pentaqon rəhbəri Lloyd Austinin adını unudaraq onu "oradakı bu bölməni idarə edən adam" adlandırmışdı.

Xəbər xətti