Agentlikdə aparılan yoxlamalarla bağlı açıqlama

15:00 - 15 Sentyabr 2021 - Xəbər

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Hesablama Palatasının bu qurumda yoxlama aparması barədə yayılan məlumatlara münasibət bildirib.

Agentlikdən bildirilib ki, Hesablama Palatası tərəfindən 2021-ci ilin aprel-iyun ayları ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində audit yoxlaması aparılıb. Yoxlama Agentliyin 2019 və 2020-ci illər üzrə fəaliyyətini əhatə edib.

Xatırladaq ki, bəzi kütləvi informasiya vasitələrində Hesablama Palatası tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində yoxlamalar aparılması barədə məlumatlar yayılmışdı.

Xəbər xətti