Rusiya prezidentləri Vladimir Putin və Suriya prezidenti Bəşər Əsəd Moskvada danışıqlar aparıb.
Ucnoqta.az xəbər verir ki, Əsəd Rusiyaya gözlənilməz səfərlə gəlib.
Putinlə görüş Kremldə keçirilib.
Rusiya prezidenti danışıqlar zamanı Suriya prezidentinin siyasi rəqiblərlə dialoq qurmaq üçün atdığı addımları vurğulayıb.
Vladimir Putin xarici qüvvələrin Suriyada olması probleminə toxunub, birgə səylərlə Suriya xalqının ayağa qalxacağına ümid etdiyini bildirib.
"Mənim fikrimcə, əsas problem, xarici silahlı qüvvələrin, Birləşmiş Millətlər Təşkilatının qərarı olmadan, beynəlxalq hüquqa açıq şəkildə zidd olan və sizin sanksiyalarınız olmadan ölkənin müəyyən ərazilərində olmasıdır", - deyə Putin qeyd edib.
Sonda dövlət başçıları Dəməşqə tətbiq olunan sanksiyalara toxunublar.
Əsəd deyib: "Bəzi dövlətlər Suriya xalqına qarşı anti-insani, dövlət əleyhinə, qanuni olmayan kimi təsnif edilə bilən sanksiyalar tətbiq etdi. Buna baxmayaraq, vəziyyət sabitdir".///yenisabah