ABŞ-da Kapitoliya binası qarşısanda silahla dolu yük maşını saxlanılıb

21:41 - 13 Sentyabr 2021 - DÜNYA

ABŞ-da Kapitoliya polisi Demokrat Partiyasının Milli Komitəsinin qərargahı qarşısında dövlət nömrə nişanı olmayan yük maşınını saxlayıb.

APA TASS-a istinadən xəbər verir ki, araşdırma zamanı avtomobilin yük yerində soyuq silahlarla yanaşı, yaxın döyüşlər üçün nəzərdə tutulmuş maketlər aşkarlanıb.

Yük maşınının sürücüsü, 44 yaşlı Kaliforniya əsilli Donald Kreyhed hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Xəbər xətti