İtaliyada qasırğa olub, ölənlər və xəsarət alanlar var

23:10 - 10 Sentyabr 2021 - DÜNYA

İtaliyanın cənubundakı Antelleriya adasında baş verən qasırğa nəticəsində azı 2 nəfər ölüb.

Bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.

Məlumatda daha 9 insanın xəsarət aldığı bildirilir.

Qəzet bildirib ki, azı 10 avtomobilə ziyan dəyib. Təbii hadisə digər mülki infrastrukturlara da ziyan vurub.///report

Xəbər xətti