Avropada təbii qazın qiyməti 700 dolları keçib

19:07 - 10 Sentyabr 2021 - DÜNYA

Avropa birjalarında təbii qazın qiyməti son sutkada 1 faizdən çox artaraq min kubmetr üçün 700 dollar həddini keçib.

 Niderlandda TTF habında qazın oktyabr fyuçersləri min kubmetr üçün 701,5 dollara çatıb.

Son məlumatlara görə, Avropa birjalarında qazın min kubmetri 699-700 dollar ətrafında alınıb-satılır.

Qeyd edək ki, avqustun sonunda qazın qiyməti min kubmetr üçün 590 dollar təşkil edirdi.

Xəbər xətti