"Polis Akademiyası"nın aktyoru Artur Metrano vəfat edib

10:48 - 10 Sentyabr 2021 - DÜNYA

Çoxseriyalı “Polis Akademiyası” filmində yaratdığı leytenant Erni obrazı ilə tanınan Artur Metrano 84 yaşında vəfat edib.

Aktyor Florida ştatında öz evində dünyasını dəyişib.

1989-cu ildə, yaradıcılığının zirvəsindəykən onurğasından aldığı zədə nəticəsində hərəkət qabiliyyətini itirən aktyor bundan sonra da fəaliyyətinə davam edir. O, “Metranonun təsadüfi komediyası” adlı teatral şou yaradır və 2001-ci ilə qədər filmlərə çəkilir.

Artur Metrano "Ürəkləri sındıran", "Dünya tarixi, birinci hissə" "Son nəfəsdə" və başqa filmlərdə də rol alıb.///Apa

Xəbər xətti