Bakının bu rayonlarında qaz kəsiləcək

20:05 - 9 Sentyabr 2021 - ÖLKƏ İÇİ

Bakının dörd rayonunun qaz təchizatında fasilə yaranacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, “Böyük-Şor" QPS-dən “30-cu sahə” QPS istiqamətinə yeni çəkilmiş yüksək təzyiqli magistral qaz kəmərinin mövcud şəbəkəyə birləşdirilməsi, həmçinin, “Böyük-Şor QPS - Böyükşor yol qovşağı” Magistral Qaz Kəməri üzərində iki ədəd siyirtmənin quraşdırılması məqsədilə sabah saat 09:00-dan paytaxtın dörd rayonu üzrə qaz təchizatı məhdudlaşdırılacaq.

Təmir zamanı Nizami rayonunun (tam olaraq), Xətai və Nərimanov rayonlarının bir hissəsinin, həmçinin, Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin həm əhali, həm də sənaye qrup istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər xətti