Müğənni Nigar Camalın 41 yaşı tamam olub.
Ucnoqta.az xəbər verir ki, tez-tez açıq-saçıq şəkilləri ilə gündəm olan ifaçı ad günü münasibətilə fotosessiya etdirib.
Camalın yeni fotolardakı stili dünyaca məşhur ulduzlar Beyons və Cenifer Lopezin tərzinə bənzədilib.
Onun makiyajı və geyimi üzərində peşəkarlardan ibarət komanda çalışıb. Müğənni fotosessiya zamanı lentə alınan fotoları sosial şəbəkə hesabında yayımlayıb.
Nigarın şəkilləri izləyiciləri tərəfindən maraqla qarşılanıb. Onun paylaşımına qısa müddətdə minlərlə bəyənmə gəlib.///baku.ws