Avropada qazın qiyməti 650 dolları ötüb

18:31 - 6 Sentyabr 2021 - DÜNYA

Avropa fyuçers bazarında qazın qiyməti çərşənbə günü yeni tarixi maksimuma çataraq, min kubmetr üçün 650 ABŞ dollarını ötüb.

Bu barədə "APA-Economics" hərracların məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti enerji ekvivalentində min kVt/saat üçün 53,68 dollar təşkil edib (bir kubmetr üçün təqribən 659 dolar).

Qeyd olunur ki, avqustun 30-da Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 600 dolları ötüb.

Xəbər xətti