Türkiyənin TUSAŞ şirkəti yeni ATAK 2 helikopterinin istifadəyə buraxılacağı tarixi açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə şirkət Tvitter hesabında məlumat paylaşıb.
“ATAK 2 helikopteri 18 mart 2023-cü ildə hazır vəziyyətdə olacaq. Yeni, güclü və çevik!”, - paylaşımda bildirilib.
Qeyd edək ki, ATAK 2 həm gündüz, həm də gecə bütün hava şəraitinə uyğun olaraq, elektron müharibə və kəşfiyyat missiyalarını yerinə yetirmək üçün hazırlanır.
Bu helikopterlər 70 mm raketləri, havadan havaya və havadan quruya raketlərini, eyni zamanda tank əleyhinə idarə olunan raketləri və sərbəst düşmə bombaları daşıya biləcək.///Axar.az