Bakıda yaşlı kişi sirkə içib özünü öldürdü

11:41 - 3 Sentyabr 2021 - HADİSƏ

Bakıda intihar hadisəsi olub.

Hadisə bu gecə paytaxtın Keşlə qəsəbəsində baş verib.
63 yaşlı Allahverdiyev Faiq İbrahim oğlu yaşadığı evdə sirkə turşusu içərək zəhərlənib. O, dərhal 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İntiharın dəqiq səbəbləri bilinmir.

Faktla bağlı araşdırma aparılır. ///Lent.az

Xəbər xətti