"Məni xilas edin" deyərək, özünü pəncərədən atdı - FOTO

10:15 - 3 Sentyabr 2021 - HADİSƏ

Qaçırıldığını və girov götürüldüyünü iddia edən 19 yaşlı gənc qız "Məni xilas edin" deyərək özünü mənzilin pəncərəsindən atıb. 

Hadisə Türkiyənin Antalya  şəhərində  qeydə alınıb.  Belə  ki, gənc qız  qışqıraraq, insanlardan kömək istəyib. 1-ci  mərtəbədən atlanan qız parkedilmiş avtomobilə,  daha sonra isə beton zəminə düşüb. Kimliyi bilinməyən gənc ağır  yaralanıb.  Ətrafdakı insanlar  onu  qısa zamanda xəstəxanaya çatdırıblar. Hazırda həkim nəzarətində olan gənc qız barəsində  araşdırma  aparılır. ///unikal.org


Xəbər xətti