ABŞ-da təyyarə binanın üzərinə düşüb

19:30 - 2 Sentyabr 2021 - HADİSƏ

ABŞ-ın Konnektikut ştatının Farminqton şəhərində kiçik bir təyyarə binanın üzərinə düşüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Məlumata görə, təyyarə sənaye dəzgahları istehsal edən bir şirkətin qərargahının üstünə düşüb. Bina Robertson aerodromundan bir yarım kilometr aralıda yerləşir.

Hadisə yerində yanğınsöndürənlər işləyir.

Xəbər xətti