Rusiya və Çin birgə olaraq genişgövdəli uzaq məsafəli CR929 təyyarəsinin tikintisinə başlayıb. Təyyarə Çində hazırlanır.
Rusiya mətbuatının verdiyi məlumata görə, bütün hazırlıq işləri artıq başa çatıb və ilk təyyarənin tikintisinə start verilib.
Məlumata görə, Rusiya və Çin CR929-un yaradılması üzrə planlarını 2025-2027 illər ərzində reallaşdırmaq niyyətindədirlər. Planlara əsasən, 250-300 sərnişin tutumlu CR929 dünyanın aparıcı istehsalçılarının (Avropanın "Airbus" və ABŞ-ın "Boeing" şirkətləri) təyyarələri ilə rəqabət aparacaq və təkcə Rusiya və Çinin deyil, həm də digər ölkələrdə əhəmiyyətli bazar payına sahib olacaq.
Qeyd olunur ki, proqramın dəyəri hazırda 13-20 mlrd. ABŞ dolları civarında qiymətləndirilir.
///APA