Bakıda mənzildə partlayış olub - ana və uşaqları xəsarət alıb

16:30 - 2 Sentyabr 2021 - HADİSƏ

Bakıda partlayış hadisəsi baş verib.

Hadisə Nizami rayonu E.Süleymanov küçəsində qeydə alınıb.

Belə ki, çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərin birində qaz balonu partlayıb. Nəticədə ana və uşaqları xəsarət alıb.

İlkin məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti