Bakıda evdə meyiti tapılan şəxsin intihar etdiyi məlum olub.
Ucnoqta.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonu ərazisində evdən meyiti tapılan Babayev Cavid Əlövsət oğlu özünə qəsd edib. Onun damarlarını doğrayaraq həyatına qəsd etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
14:09
Bakıda mənzildə kişi meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, qeyd olunan ünvanda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1988-ci il təvəllüdlü Babayev Cavid Əlövsət oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.