Azərbaycanlı klarnet ifaçısı dənizdə boğulub - Foto

12:03 - 2 Sentyabr 2021 - HADİSƏ

Azərbaycanlı klarnet ifaçısı dənizdə boğulub.

Hadisə ötən gün Mərdəkan qəsəbəsi ərazisindəki çimərliklərin birində qeydə alınıb.
Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Məmmədbağır Misiroğlu boğularaq vəfat edib.

Faktı müğənni Manaf Ağayev APA-ya təsdiq edib.
M. Ağayev Məmmədbağır Misiroğlunun bu gün dəfn olunduğunu bildirib.


Xəbər xətti