CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 31-də 72,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,78 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 71,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,78 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,64 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 72,41 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,6 dollar/barel çoxdur.