ABŞ-ın hərbi helikopteri dənizə düşüb

09:00 - 1 Sentyabr 2021 - DÜNYA

ABŞ Hərbi Dəniz Qüvvələrinə aid bir vertolyot Kaliforniya ştatının San Dieqo sahillərində qəzaya uğrayıb.

"Report" xəbər veriri ki, hazırda axtarış-xilasetmə işləri davam edir.

Bildirilir ki, MH-60S helikopteri Abraham Linkoln təyyarə gəmisindən müntəzəm uçuş həyata keçirərək, sahildən təxminən 110 kilometr aralıda suya düşdü.

Xəbər xətti