Gədəbəydə kişi, arvadı və oğlu döyülüb

23:32 - 31 Avqust 2021 - HADİSƏ

Gədəbəy rayonunda bir ailənin 3 üzvünə xəsarət yetiriblər.

“Report” xəbər verir ki, hadisə rayonun Slavyanka kəndinə qeydə alınıb.

Kənd ərazisində, 1967-ci il təvəllüdlü Niyazi Quliyev, onun həyat yoldaşı və oğlu, 1997-ci il təvəllüdlü Nemət Quliyev və müxtəlif bədən xəsarətləri alıblar və xəstəxanaya yerləşdiriliblər.

Onlar tanıdıqları şəxs tərəfindən otlaq sahəsi üzrə düşən mübahisə zəminində döyüldüyü bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti