Atletlər kəndində mikroavtobus paralimpiyaçını vurdu

09:40 - 31 Avqust 2021 - HADİSƏ

Tokiodakı Atletlər kəndində xoşagəlməz hadisə baş verib.

Sınaq məqsədilə əraziyə buraxılmış yeni nəsil elektrikli “e-Palette” şatlı paralimpiyaçını vurub.

Görmə əngəlli idmançının xəsarət almadığı bildirilib.

Qəzadan sonra mikroavtobusların Atletlər kəndindəki istismarı dayandırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.///oxu.az

Xəbər xətti