İsmayıllıda baş verən yanğın məhdudlaşdırılıb - VİDEO

16:00 - 30 Avqust 2021 - HADİSƏ

İsmayıllı rayonu, Sərdahar kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində məhdudlaşdırılıb.

FHN-dən ucnoqta.az-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Qeyd edək ki, yanğınsöndürmə əməliyyatı, ümumilikdə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopteri, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən həyata keçirilir.

Xəbər xətti